Ölkə 16:46 26.10.2020

Zəngilandan sonra Qubadlı ikinci rayondur ki... – Hərbi ekspert

"Zəngilandan sonra Qubadlı ikinci rayondur ki, Ermənistanla sərhədimiz tam bərpa olunacaq”.


BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənov işğaldan azad olunan Qubadlı rayonunun strateji əhəmiyyətindən danışarkən deyib. O bildirib ki, Qubadlı ilk öncə növbəti rayonların işğaldan azad olunmasını təmin edir və yüksəkliklərin alınmasında mühüm əhəmiyyətə malikdir:


"Qubadlıdan sonra Laçın və Kəlbəcər gəlir. Bundan sonra bütün sərhədlər bağlanacaq. Hesab edirəm ki, bu məsələ yaxın günlərdə tamamlanacaq. Düşmənin xeyli canlı qüvvəsi məhv edilib və texnikası sıradan çıxıb”.

 

 


Ekspertin fikrincə, Qubadlının işğaldan azad olunmasının Qarabağ üçün mənəvi, strateji və hərbi cəhətdən əhəmiyyəti böyükdür.


Bahar Rüstəmli