Rusiyanın "Zenit” klubu "Trabzonspor”dan FIFA-ya şikayət edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Qara dəniz klubunun konqresində məlumat verilib.
Şikayətə səbəb Azərbaycan millisinin futbolçusu, hazırda icarə əsasında "Qarabağ"da çıxış edən Ramil Şeydayev olub. Belə ki, "Trabzonspor" 2016-cı ildə hücumçunu heyətə qatarkən "Zenit"ə təzminat ödəməyib. Sankt-Peterburq klubu isə yetirməsinə görə konpensasiya tələb edir.
Şərhlər