Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın Afrin şəhərində daha bir üstünlük əldə ediblər.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, "Zeytun budağı" adlı anti-terror əməliyyatı çərçivəsində Bülbül yaşayış məntəqəsindəsi Şeyx Xuruz dağı dünən gecə başlayan hücumdan sonra PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən geri alınıb. Dağın yaxınlığındakı hədəflərə qarşı təşkil edilmiş əməliyyatlar isə davam edir.
20 yanvarda start götürən əməliyyat nəticəsində bu günə qədər 1 rayon mərkəzi, 20 kənd, 1 yaşayış məntəqəsi, 9 strateji dağ və təpə olmaqla 31 yer terror təşkilatından alınıb. Öldürülən terrorçuların sayı isə 932-dir.
Gülşən
Şərhlər