İdman 19:43 21.07.2019

Zinəddin Zidan: "Qaret Beyl tezliklə komandadan gedəcək"

"Real"ın baş məşqçisi Zinəddin Zidan Qaret Beyllə bağlı bağlı açıqlama verib.

Qaynarinfo xəbər verir ki, fransız mütəxəssis uelsli ulduzun komnadadan ayrılacağını bildirib. 

"Beyl komandadan ayrılmağa çox yaxındı. Ümid edirəm ki, qısa müddət içində gedəcək. Bu hər iki tərəf üçün də ən yaxşı addım olacaq. Mənim onunla şəxsi problemim yoxdu. Amma komandanın dəyişməsi naminə bəzi qərarlar verməliyik. Bu qərar da həm mənə, həm də vəziyyəti anlayışla qarşılayan futbolçuya aiddi. Hazırda başqa bir kluba getməsi üçün çalışırıq" deyə Zidan bildirib.

Baş məşqçinin bu açıqlamasına Beyl cəbhəsindən cavab gecikməyib. Fransalı mütəxəssisə futbolçunun meneceri Conatan Barnett cavab verib: "Zidanın hərəkəti tək kəlimə ilə rəzillikdi. "Real"a bu qədər xeyir vermiş futbolçuya heç bir hörməti yoxdu".