Misli Premyer Liqasında XIV tura start verilib.
Qaynarinfi xəbər verir ki, turun ilk oyun günündə "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub.
Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş heç-heçə bitib - 1:1.
"Zirə"nin heyətində 31-ci dəqiqədə İssa Cibrilia fərqlənib. Enrike Kustadio isə 44-cü dəqiqədə avtoqol müəllifi olub.
Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Qarabağ" lider mövqeyində qərarlaşıb. 27 xala malik "Zirə" isə ikinci pillədədir.
Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.
Şərhlər