Xəbər lenti

7:1-dən sonra 5:0 - Yenə böyükhesablı qələbə qazandılar
İdman 16:54 14.03.2026

7:1-dən sonra 5:0 - Yenə böyükhesablı qələbə qazandılar

Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Sabah" "İmişli"nin qonağı olub.

Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.

"Bayquşlar"ın qollarını 10-cu dəqiqədə Stiv Solvet, 15-ci (p) və 35-ci dəqiqədə Coy-Lens Mikels, 49-cu dəqiqədə Kahim Parris, 73-cü dəqiqədə Aleksey İsayev (p) vurub.

Çempionatın lideri olan "Sabah" xallarının sayını 59-a çatdırıb. "İmişli" 22 xalla 9-cu sıradadır.

Qeyd edək ki, ötən həftə Azərbaycan Kubokunda "Qəbələ"ni 7:1 hesabı ilə yenmişdi.
--> -->