İdman 19:55 20.01.2022

"Zirə"dən heç-heçə

Təlim-məşq toplanışını antalyada davam etdirən "Zirə" bu gün növbəti yoxlama oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Rəşad Sadıqovun komandası Polşa təmsilçisi "Qurnik"lə qarşılaşıb. Bakı klubu 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar meydana qara sarğı ilə çıxıb və matçdan öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Görüş 2:2 hesabı ilə nəticələnib.

"Zirə" hesabda iki dəfə geri düşsə də, Təmkin Xəlilzadə və İlkin Muradovun qolları ilə bərabərliyi təmin edib.

"Zirə" ilk yoxlama matçında Macarıstan "Zeç"inə 3:5 hesabı ilə uduzub.
 
Səbuhi Həsənov