İdman 16:14 09.10.2019

“Zirə”nin yeni baş məşqçisi açıqlandı

"Zirə"nin yeni baş məşqçisi bəlli olub.

Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Zaur Həşimova həvalə olunub. Bu gün klub rəhbərliyi ilə 38 yaşlı mütəxəssis arasında görüş keçirilib və razılıq əldə edilib. Bu postda Samir Abasovu əvəzləyən Z.Həşimovla mövsümün sonuna qədər müqavilə imzalanıb. 

Yeni baş məşqçi artıq sabahdan işinə başlayacaq.

Qeyd edək ki, Z.Həşimov 2016-cı ilin iyunundan 2017-ci ilin dekabrına qədər "Zirə"də əsas komandanın məşqçilər korpusunda yer alıb.