Ölkə 09:32 28.03.2018

Ziya Bünyadov prospekti ilə Balaxanı şosesi birləşəcək

Bakıda daha bir magistral yol layihəsi reallaşacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumata görə, həmin yol Böyükşor gölünün kompleks bərpası layihəsi çərçivəsində gölün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçəcək.

8 xətli magistral yol paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək.

Qeyd edək ki, yolun uzunluğu 2 km olacaq.