Xəbər lenti

Ziya Məmmədovun bacısı təqaüdə göndərildi
Ölkə 14:15 17.01.2025

Ziya Məmmədovun bacısı təqaüdə göndərildi

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun direktor müavini olan bacısı Məhbubə Məmmədova vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Məhbubə Məmmədova müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsindən çıxarılıb. 

Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsi Xanımqız Rüstəmovaya tapşırılıb. 

Kollecdən saytımıza bildirilib ki, Məhbubə Məmmədova son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub. 

Qeyd edək ki, Məhbubə Məmmədova 2018-ci ilin yanvar ayında 66 saylı "Tərəqqi" liseyinin direktoru vəzifəsindən azad olunaraq, Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdu. 

Əhməd


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->