Ekonomiks 10:16 11.07.2020

Ziya Məmmədovun tikdirdiyi bina satılır (QİYMƏT)

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun illər əvvəl Quba şəhərində tikdirdiyi birbloklu çoxmərtəbəli bina satışa çıxarılıb.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, Qubanın mərkəzində, parkın yanında yerləşən binaya ilkin olaraq 3 milyon manat qiymət qoyulub.

Sakinlərin bildirdiyinə görə, binada demək olar ki, yaşayış yoxdur.