Xəbər lenti

Ekonomiks 10:21 01.06.2015

Dollar dayandı, avro ucuzlaşdı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, dolların məzənnəsində dəyişiklik qeydə alınmayıb. 1 ABŞ dolları hazırda 1,0494 AZN-ə bərabərdir.

Avronun məzənnəsində isə ucuzlaşma qeydə alınıb. Avropanın vahid valyutası 1,1498-dən 1,1493 manata qədər azalıb.

Rusiya rublunun kursunda isə bahalaşma müşahidə edilib. 1 rublun dəyəri 0,0199-dan 0,0201 manata qədər yüksəlib. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->