Xəbər lenti

Ölkə 10:02 08.01.2013

Bakıda qar yağacaq!

Paytaxt və Abşeron yarımadasında yanvarın 9-da hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir

Yeni ilin ilk günlərində müşahidə olunan nisbətən mülayim qış havası artıq yerini soyuq qış havasına vermək fikrindədir. Bu baxımdan deyə bilərik ki, Bakıda və Abşeron yarımadasında yanvarın 9-da hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Bu proses qarla da müşayiət oluna bilər.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın sözlərinə görə, Bakıda və Abşeron yarmadasında havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, 9-da axşam yağıntılı olacağı, gecəyə doğru sulu qara keçəcəyi gözlənilir. Yanvarın 10-da isə fasilələrlə qar yağacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->