Xəbər lenti

Dünya 13:14 26.09.2013

Yenə yağış yağacaq


Sabah Azərbaycanın bəzi yerlərinə, o cümlədən Abşeron rayonunun bəzi ərazilərində qısamüddətli yağış yağacaq.

Bu barədə Qaynar.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, sentyabrın 27-də Bakı və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq, arabir tutulacaq əsasən yağmursuz keçəcək, lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəck.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 15-18, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər saatlarında Lənkəran-Astara zonasında şişmək çaxacaq, qısamüddətli yağış yağacaq. Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?