Xəbər lenti

Ölkə 23:42 22.11.2017

Polis avtomobili qəzaya düşdü, xəsarət alan var

Azərbaycanda mühafizə polisinin avtomobili qəzaya düşüb, xəsarət alan var

Mingəçevir şəhərində sükan arxasında səhhəti pisləşən sürücü qəza törədib.

Qaynarinfo report.az-a istinadən bildirir ki, hadisə şəhərin Ş.İ.Xətai küçəsində baş verib.

Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəf Vidadi oğlu Abdullayev "VAZ-2108" markalı avtomobillə hərəkətdə olarkən qəfil keçirdiyi qıcolma (sudurğa) səbəbindən idarəetməni itirib. Nəticədə maşın əks istiqamətdə hərəkətdə olan və Mingəçevir Şəhər Mühafizə Polisinə məxsus "VAZ-2106" markalı avtomobillə toqquşub.

Hadisə zamanı N. Abdullayev xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->