"The Hollywood Reporter" nəşri 2018-ci ilin ən uğursuz filmlərini seçib.

Fanat.Az xəbər verir ki, ilin ən pis filmi rejissor Kevin Konnollinin çəkdiyi "Gotti" olub. Tənqidçilərin fikrincə, ekran əsərinin bəzi məqamları olduqca yersiz, bəzi məqamları isə, sadəcə, gülüncdür.

Siyahının ikinci pilləsində Otto Bathurstun rejissorluq etdiyi "Robin Hood" filmi qərarlaşıb. Bildirilir ki, bu film xüsusilə saxta silahlar və aktyorlar üçün geyim seçimi baxımından müvəffəqiyyətsiz olub.

Üçüncü pilləni rejissor Ceyms Foleyin çəkdiyi "Fifty Shades Freed” ilmi tutur. Tənqidçilərin fikrincə, bu ekran işinin seriaları bəlkə də yayım tarixinin ən pis filmləridir. Filmin yaradıcıları ən darıxdırıcı cütlüyü, maraqlı xarakterə çevirməyə çalışsalar da, bu, uğurlu alınmayıb.

İlk beşlikdə həmçinin Dan Fogelmanın "Life itself" və Ruben Fleisşerin "Venom"  filmləri də yer alıb.