Xəbər lenti

Dünya 10:02 28.01.2013

23 “Qanuni oğru” tutuldu (VİDEO)

Kriminal “avtoritet”lər Ded Xasandan sonrakı vəziyyəti müzakirə edirlərmiş

Moskva yaxınlığındakı Nikolina Qora qəsəbəsində Rusiya və Belarusdan olan kriminal “avtoritet”lərin toplantısının qarşısı alınıb. Rusiya DİN-in saytının verdiyi məlumata görə, 23 nəfər həbs edilib. Görüşdə Belarusdan gəlmiş “qanuni oğru”luğa üç namizədin “taclanması” məsələsi müzakirə olunurmuş. Bundan başqa, “oğru generalları”ndan birinin ad günün qeyd edilməsi adı altında keçirilən məxfi görüşdə kriminal klanın rəhbəri “Ded Xasan”ın ölümündən sonrakı fəaliyyət planı müzakirə olunmalı, Tariel Onianiyə tabe olan cinayətkar qruplaşmaların işinin əlaqələndirilməsi məsələsinə baxılmalı imiş.

Kriminal “avtoritet”lər Nikolina Qora qəsəbəsindəki restoranda profilaktik əməliyyat zamanı həbs ediliblər.

ANSPRESS

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->