Xəbər lenti

Ölkə 18:23 21.04.2018

6 nazir, 6 komitə sədri və 2 xidmət rəisinin yeri boşdur - SİYAHI

Prezident İlham Əliyevin sərəncamlı ilə Nazirlər Kabinetinin təsdiqlənən yeni tərkibində 6 nazir, 6 komitə sədri və 2 xidmət rəisinin yerinə hələlik təyinat yoxdur.

Qaynarinfo-nun verdiyi xəbərə görə, rəhbər vəzifələrinə təyinat olmayan qurumlar aşağıdakılardır.

Müdafiə sənayesi naziri
Səhiyyə naziri 
Mədəniyyət naziri
Ekologiya və təbii sərvətlər naziri 
Gənclər və idman naziri 
Təhsil naziri
Dövlət Gömrük Komitəsinin sədri 
Dövlət Statistika Komitəsinin sədri
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri 
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri 
Dövlət Miqrasiya Xidmətinin rəisi 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?