Xəbər lenti

Siyasət 13:59 02.08.2013

ABŞ dünyada səfirlik və konsulluq şöbələrini bağlayır

ABŞ avqustun 4-də bəzi Yaxın Şərq ölkələrindəki səfirlik və konsulluq şöbələrini bağlayacaq.

APA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu Departamentin rəsmi nümayəndəsi Meri Xarf bildirib.

Onun sözlərinə görə, həmin səfirliklərə təlimat verilib ki, işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün diplomatik missiyaların işi həmin gün dayandırılsın: “Səfirliklərin bağlanması ABŞ hökumətinin öz əməkdaşlarına və səfirliyə müraciət edənlərə qayğısından irəli gəlir”. Lakin Departamentin rəsmi nümayəndəsi hansı səbəblərə görə səfirliklərin məhz avqustun 4-də bağlanacağı barədə konkret olaraq məlumat verməyib. M.Xarf diplomatik nümayəndəliklərin bağlı olacağı günün dəyişilə ya da uzadıla biləcəyi də istisna etməyib.

Dövlət Departamentinin nümayəndəsi konkret ölkələrin adlarını çəkməsə də, CBS telekanalı bildirir ki, avqustun 4-də ABŞ-ın Bəhreyn, İsrail, İordaniya, Küveyt, Liviya, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Yəmən, Əfqanıstan və Banqladeşdəki səfirlikləri bağlanacaq.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?