Xəbər lenti

Dünya 17:22 03.09.2013

ABŞ ingilis hərbçilərini təlimdən qovdu

İngiltərənin Suriyaya qarşı hərbi müdaxiləyə qatılmayacağını açıqlamasından sonra amerikalılar ingilis zabit heyətini keçirdikləri toplatıdan çıxarıblar. 

Qaynar.info xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb. 

Qəzetin verdiyi xəbərdə Floridada yerləşən ABŞ Mərkəzi Qüvvələr Komandanlığında keçirilən kəşfiyyatla bağlı keçirilən dinləmələrdə iştirak edən ingilis zabitlərin oradan uzaqlaşdırıldığı bildirilib. 

Qəzetə açıqlama verən İngiltərə Müdafiə Nazirliyinin rəsmisi Mərkəzi Qüvvələr Komandanlığında heç bir ingilis hərbçisinin Suriya məsələsində hərbi hazırlığa daxil edilmədiyini deyib. 

Qeyd edək ki, bir neçə gün əvvəl İngiltərə parlamenti Suriyaya qarşı hərbi müdaxilə variantımı qəbul etməmişdi. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->