Xəbər lenti

Ölkə 13:36 13.03.2014

Allahşükür Paşazadə din xadimlərini ehtiyatlı olmağa çağırdı

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın şimal-qərb bölgəsinə səfəri zamanı mədrəsələrə və məscidlərə dini ədəbiyyatlar payalayıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Bütün Qafqazın Şeyxi Zaqatalada dini təriqətlərin aktivliyini nəzərə alaraq, din xadimlərini ehtiyatlı olmağa çağırıb. Hacı Allahşükür Paşazadə din xadimlərinə bölgədə dini təbliğatı gücləndirməyi və verilən ədəbiyyatların vətəndaşalara paylanmasını tapşırıb.

Qeyd edək ki, bu gün Zaqatalaya gedən A. Paşazadə bölgədəki dini icmaların nümayəndələrinin iştirakı ilə zona müşavirəsi keçirib. Daha sonra Şeyx Balakən rayonuna yollanıb.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?