Mütləq döyüş çempionatının (UGC) amerikalı döyüşçüsü Donald Serrone "UFC Fight Night 139” turnirində Mayk Perriyə qalib gəldikdən sonra yenidən yüngül çəkiyə döndüyünü bəyan edib.
Qaynarinfo-nun oxu.az-a istinadən verdiyi xəbərə görə, hazırda yüngül çəkidə çempion titulu Həbib Nurməhəmmədova məxsusdur.
"Bəli, mən qayıdıram. Həbib, mən sənin və sənin kəmərinin ardınca gəlirəm”, - Serrone deyib.
Qeyd edək ki, amerikalı 2016-cı ilə qədər yüngül çəkidə çıxış edib. Lakin UFC çempionu adı uğrunda döyüşdə Rafael dos Anyosa məğlub olduqdan sonra yarımyüngül çəkiyə keçib.
Şərhlər