Anar Nağılbaz: "Elşad Xoseyə görə adımız narkoman çıxıb" (MÜSAHİBƏ/VİDEO)
"Qaynarinfo" baku.ws-ə istinadən repçi Anar Nağılbazın müsahibəsini təqdim edir.
- Yeni layihələriniz haqqında danışardınız...
- Aytənim mahnısına klip çəkildi və klipimizin təqdimatı keçirildi. Bu mahnı sevdiyim xanıma həsr olunub.
- Çəkildiyiniz film haqqında məlumat verərdiniz...
- "American Love” (Amirekan Sevgisi) adlı kiçik bir filmin çəklişi Amerikada baş tutacaq. Filim senarsi, musiqisi və sözləri mənə, rejissorluğu isə Süleyman Musazadəyə aiddir.
- Siz filmdə hansı obrazda rol alırsınız?
- Həyatda itmiş və səfil kimi yaşayan bir obrazdır.
- İlk qazandığınız pul nə qədər olub?
- Həcmi yadımda deyil, amma normal olduğunu bilirəm. Çünki 1992-ci ildən ilk konsertlərimi verməyə başlamışdım. O dövr üçün çox normal idi.
- Bir müddət əvvəl soasial şəbəkədə iş axtarırdınız. Mədəniyyət evlərin birinin müavini idiniz. O iş necə oldu? Sizi çıxartdılar, ya maaşı qane etmədi?
- Ümumiyyətlə mədəniyyət və tibb sahələrində maaşlar azdır, bu heç kimə sirr deyil.
- Son vaxtlar kəskin statuslarınız ilə seçilirsiniz. Bunu insanlar necə qəbul etsin? Aqresivliyinizə səbəb atanızın vəzifədən getməyinə etirazdı?
- Sadəcə olaraq bir az xislətdən də irəli gəlir ki, hansısa bir işləri aşılamaq üçün, onları çatdırmaq üçün bu kəskinlik özü də bir rol oynayır.
- Gənclik illərinizdə bir sıra məşhur xanımlarla sevgi münasibətiniz vardı. Nə yaxşı həmin xanımlardan biri ilə ailə həyatı qurmadınız?
- Çox maraqlı sualdır. Bu barədə heç düşünməmişəm. Çünki ailə quracağım insanı bu sahədən görməmişəm və hsiss etməmişəm. Bəlkə də ona görə.
- Atanız rep deməyinizə razı olmayıb. Sonradan necə oldu?
- Ümumiyyətlə mənim heç bir konsertimə, televiziyadakı çıxışlarıma atam xoşlamaz baxmağı. Atam muğamdan başqa heç nə sevmir.
- Narkotikdən necə canınızı qutardız?
- İstifadəçisi elə də olmamışam axı. Rəhmətlik Hüseyn Dərya və Elşad Xose tok-şouların birində çıxdılar dedilər ki, istifadə etmişik filan. Onlar artıq bizim sənət haqqında belə pis yaratdılar ki, bunların işi-peşəsi elə bundan ibarətdir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər