Xəbər lenti

Dünya 14:54 26.06.2013

Ankarada növbəti gərgin gecə

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Ötən gün Türkiyənin İstanbul şəhəri ilə yanaşı, paytaxt Ankarada da Gəzi parkı ilə əlaqədar etiraz aksiyaları davam edib. Taksim Gəzi parkı olaylarına etiraz etmək istəyən bir qrup Dikmən küçəsində yolu bağlayıb. 

Polis aksiyanın icazəsiz olduğunu bildirərək, qrupun dağılmasını tələb edib. Tələbə məhəl qoymayan etirazçılar yolda barrikadalar quraraq, polisi daşa basıb. Təhlükəsizlik qüvvələri cavab olaraq, su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.

Bundan sonra barrikadalar toplu müdaxilə maşınları vasitəsilə dağıdılıb. Gərginlik zamanı həmin ərazidən keçən sakinlər də gözyaşardıcı qazdan zərər çəkib./anspress/

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->