Xəbər lenti

Video 12:00 18.03.2024

“Atletiko” azarkeşləri öz komandalarının futbolçusunun köynəyini yandırdı (VİDEO)

"Atletiko”nun azarkeşləri Joao Feliksin köynəyini yandırıb.

Qaynarinfo-nun məlumatına görə, bu, İspaniya La Liqasının 29-cu turu çərçivəsində "Barselona” ilə matçdan əvvəl baş verib. Madrid klubunun azarkeşləri müqavilə ilə hələ ki, "Atletiko”ya məxsus olan futbolçunun formasını alovlara atıb. Feliks "Barselona”da icarə əsasında çıxış edir və müqavilə müddəti bu ilin yayına qədərdir.

"Atletiko” - "Barselona” matçı qonaqların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?