Xəbər lenti

İdman 15:07 16.08.2018

Azərbaycan millisinin futbolçusu Premyer Liqa klubunda

Milli komandamızın üzvü Ramil Şeydayev karyerasını Rusiyanın "Krılya Sovetov" klubunda davam etdirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Samara təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb. 22 yaşlı hücumçu "Krılya Sovetov"un əsas komandaı ilə gənclərdər ibarət heyətə qarşı keçirilən yolama oyununda meydana çıxıb və 3:1 hesabı ilə yekunlaşan qarşılaşmada bir qol vurub. Klub tezliklə azərbaycanlı futbolçu ilə rəsmi müqavilə imzalayacaq. 

Qeyd edək ki, Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubu ilə müqaviləsini pozub. O, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. Futbolçu əvvəllər Rusiyanın "Zenit", "Rubin" və Slovakiyanın "Jilina" klublarında oynayıb.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->