Xəbər lenti

Ölkə 19:58 18.06.2018

Bakıda artıq çəkili qadın evinə qalxa bilmədi: FHN-i köməyə çağırdı

Fövqəladə Hallar Nazirliyi (FHN) problemlə üzləşmiş artıq çəkili şəxsə yardım edib.

Qaynarinfo nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhər sakini 1952-ci il təvəllüdlü Morokova Svetlana İvanovna artıq çəkili olduğu üçün 2-ci mərtəbədəki mənzilinə qalxa bilməyib.

Vətəndaşa kömək məqsədi ilə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub. 

Xilasedicilər S.Morokovanı xərəyə qoyaraq mənzilinə qaldırıblar. Əməliyyat başa çatıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->