Xəbər lenti

Ölkə 16:40 21.11.2017

Bakıda dəhşət: yeni doğulan körpəni küçəyə atdılar

Suraxanı rayonu, 3-cü mədən küçəsində körpə cəsədi aşkarlanıb. Hadisə ötən bazar günü, noyabrın 19-da baş verib.

"Qaynarinfo" xəbər verir ki, bu barədə virtualaz.org-a ərazidə yaşayan sakinlər məlumat veriblər.

Sakinlərdən biri səhər pəncərəsindən baxarkən körpə meyiti görüb. Bundan sonra Suraxanı rayonu 31-ci polis bölməsinə və təcili tibbi yardıma məlumat verilib. Körpənin cəsədi müayinə edilib, sakinlərə onun 6 ay 15 günlük olduğu bildirilib. "Dedilər ki, yarımçıq doğulmuş uşaqdır. Hazırda polis tərəfindən araşdırma aparılır”, - sakinlər söyləyib.

Suraxanı rayonu 31-ci polis bölməsindən baş vermiş hadisə barədə məlumat vermək istəməyiblər. Suraxanı rayon prokurorluğundan isə xəbəri təsdiqləyiblər: "Körpə cəsədi tapılıb və hazırda faktla bağlı araşdırma gedir. Uşaq yarımçıq doğulub. Onun kim və ya kimlər tərəfindən atıldığı araşdırılır”.

Uşağın ölü doğulandan sonra küçəyə atıldığı ehtimal edilir.
 
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->