Xəbər lenti

Siyasət 13:42 17.04.2024

"Bakıdakı bəzi Fransız diplomatlar öz vəzifələri səlahiyyətlərini aşırdı" - Sabiq nazir

"Azərbaycan tərəfindən Fransanın bu hərəkətinə cavab olaraq heç bir addım atılmamalıdır". 

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Fransa XİN-in Bakıdakı səfirini geri çağırmasına münasibət bildirərkən deyib.

Tofiq Zülfüqarov bildirib ki, Bakının Parisdəki səfirliyi istənilən Azərbaycanın xeyrinə və maraqları naminə fəaliyyət göstərir:

"Hesab edirəm ki, Parisdəki səfirliyimiz Fransanın atdığı bu addıma rəğmən fəaliyyətini davam etdirməlidir". 
 


Tofiq Zülfüqarov qeyd edib ki, Fransanın Bakıdakı səfirliyini geri çağırması siyasi addımdır:

"Bəzi Fransız diplomatları öz vəzifə səlahiyyətlərini aşaraq və ondan sui-istifadə etməklə hansısa digər fəaliyyətlərlə məşğul olurdular. Azərbaycan tərəfi də  haqlı olaraq onların belə fəaliyyətinə son qoydu. Fransa tərəfindən bu əsasda vəziyyətin hansısa formada aydınlaşmasını gözləyirdik. Amma görünən odur ki, Paris məsələ ilə bağlı hələ də lazımi cavablar verməyib. Əvəzində, Bakıdakı səfiri geri çağırıblar. Belədirsə, bu da onların seçdiyi yoldur".

Qeyd edək ki, Fransanın Xarici İşlər Nazirliyi ölkənin Azərbaycandakı səfiri Ann Boyonu məsləhətləşmələr üçün geri çağırıb. Lakin Parisin bu  addımı hansı səbəbdən atdığı barədə məlumatlar verilmir. Rəsmi Bakı da XİN-in timsalında Fransa səfirinin geri çağırılmasına reaksiya verib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?