Xəbər lenti

Ölkə 09:55 13.02.2018

Bakının Böyük Şəhər Bələdiyyəsi yaradılır (İDDİA)

Seçkilərdən sonra Bakının Böyük Şəhər Bələdiyyəsi yarana bilər. Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Musavat.com yayıb. 

Saytın iddiasına görə, seçkilərdən sonra bu prosesə başlanılması gözlənilir. Belə ki, Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərə əsasən, Bakı şəhərində vahid bələdiyyə institutunun yaradılması gözlənilir.

Bələdiyyə Alyansının koordinatoru Abil Bayramov açıqlamasında Bakıda Böyük Şəhər Bələdiyyəsini yaradılmasını zəruri hesab edib.

Deputat Vahid Əhmədov da Bakı böyük şəhər bələdiyyəsinin yaradımasına ehtiyac olduğunu vurğulayıb. Millət vəkilinin fikrincə, Bakı turizm mərkəzinə çevrildiyi üçün paytaxt şəhər olaraq böyük bələdiyyəsinin olması vacibdir.

Qeyd edək ki, Bakı böyük şəhər bələdiyyəsinin yaradılması kimi məsələlər prezidentin səlahiyyətinə aiddir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?