Xəbər lenti

Maqazin 10:22 10.09.2014

Barış Mançonu belə görməmişdiniz - FOTOLAR

Türkiyənin tanınmış müğənnisi, özünə məxsus musiqi janrı olan Barış Mançonun 42 illik fotosu yayılıb. 

Anspress-in xəbərinə görə, 1972-ci ildə çəkilən foto Mançonun məşhur türk müğənni Orxan Gəncəbayla ilk görüşü vaxtı çəkilib. Foto şəkildə hələ 29 yaşında olan Barış Mançonun hər zaman görməyə öyrəşdiyimiz uzun saçları və bığı yoxdur. 

“Kelebek” qəzetinin redaksiyasında baş tutmuş bu ilk görüş üçün Barış Manço Orxan Gəncəbay barədə tərifləyici sözlər deyib: “Mən Orxan Gəncəbayı əvvəldən də təqdir edirdim. Fikirlərimiz, yaradıcılığımız, musiqi anlayışımız eynidir. Hətta yetişmə şəklimiz də oxşardır. Mənim babam tamburi Əli əfəndi, anam Rikkat Uyanıkdır. Musiqinin içində dünyaya gəlmişəm. Mənim üçün musiqi, folk musiqisi, türk musiqisi deyə ayrılmır...”. 

Qeyd edək ki, Barış Manço 1999-cu il fevralın 1-də qəfildən dünyasını dəyişib. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->