Xəbər lenti

Dünya 09:41 23.06.2018

BMT qətnamə qəbul etdi: Rus əsgəri Moldovadan çıxmalıdır

BMT İdarə Heyəti rus əsgərlərinin Moldovadan çıxarılması barədə qətnamə qəbul edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qərara Kanada, Gürcüstan, Rumıniya, Estoniya kimi ölkələr dəstək verib. Ümumilikdə 64 ölkə bu təklifə "Hə", 14 ölkə "Yox" cavabını verib, 83 ölkə isə bitərəf qalıb.

Qeyd edək ki, Moldova ilə Ukrayna arasında Dnestryanı adlı sosialist respublika mövcuddur. Ərazi öz müstəqilliyini təktərəfli şəkildə elan edib. Rusiya 1992-ci ildən bəri separatçı dövlətdə barış korpusu saxlayır. 

BMT-nin heç bir ölkəsi tərəfindən müstəqilliyi tanınmayan Dnestryanı Respublikasını dövlət kimi sadəcə Cənubi Osetiya və Abxaziya Respublikası tanıyır.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->