Xəbər lenti

Dünya 15:16 11.04.2018

Bu ölkədə internet 2 gün kəsildi, həyat dayandı

Mavritaniyada 2 gün ərzində internet tamamilə kəsilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkədə həyatın dayanmasına səbəb olub. ABŞ və İngiltərə internetdə yaranan və səbəbi tapılmayan problemin Rusiyanın həyata keçirdiyi tədqiqatla əlaqədar ola biləcəyini açıqlayıb. Digər ehtimal isə Sierra Leonada 31 mart-1 aprel tarixlərində internetin kəsilməsi olub. Ölkədə keçirilən seçkilərə görə bu addım atılıb və qonşu ölkələrdə problemin yaranmasına səbəb olduğu təxmin edilir. 

İnternet problemi Fildişi Sahili, Seneqal, Liberiya, Qambiya və s. ölkələrdə də müşahidə olunub.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?