Xəbər lenti

Ekonomiks 13:10 15.10.2013

Bu nadir Ferrari 5000 dollara satılır - FOTOLAR

F50 markalı qara Ferrari özünə yeni sahib axtarışındadı. Avtomobil auksiona 5000 dollara çıxarılıb.

Avtobank.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu avtomobilin çox ucuz qiymətə satılmağının səbəbi ağır qəzaya uğramasıdır. Avtomobilin yürüşü 61544 mil təşkil edir. Sığorta şirkəti avtomobilin xərcini tam olaraq ödəmir.

Qeyd edək ki, bu avtomobildən ABŞ-da cəmi 58 ədəddir. Ferari F50 rəsmi olaraq 1995-ci ildə təqdim olunub və 1997-ci ilə gədər istehsal edilib. Bu illər ərzində cəmi 349 avtomobil istehsal olunub. Buna görə də bu avtomobil ekskluziv sayılır və çox nadir avtomobillər siyahısına daxil olub. Avtomobil 4,7 litirlik 513 at güclü V12 mühərriyə malikdir. 0-dan 100 km/saata sürətlənməyə 3,7 saniyə sərf edir. Maksimal sürət isə 312 km.

Avtobank.az


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->