Daimi şəkildə kimyəvi boya və saçdüzləndicilərdən istifadə edən qadınlarda döş xərçənginin inkişaf riski yüksəkdir.
Qaynarinfo xəbər verir ki, bu nəticəyə ABŞ-ın Milli Sağlamlıq İnstitutunun alimləri gəlib. Mütəxəssislər 46 min 709 qadının məlumatlarını təhlil ediblər. Məlum olub ki, müntəzəm olaraq saç boyalarından istifadə edən qadınlarda digərləri ilə müqayisədə xərçəngə tutulma ehtimalı 9 faiz yüksəkdir. Hər 5-8 həftədə saç düzləndiricilərdən istifadə edən qadınlarda isə bu nisbət 30 faizə bərabərdir.
Alimlər həmçinin tərkibində zəhərli elementlər olmayan boyalarda xərçəngin inkişaf riskinin artmadığını da bildiriblər.
Camal
Şərhlər