Xəbər lenti

Ölkə 10:08 23.05.2019

Bu şəxslərin ali məktəblərə qəbul qaydaları təsdiqləndi

Baş nazir Novruz Məmmədov "Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nı təsdiq edib.

Qaynarinfo xəbər verir ki, qərar "Təhsil haqqında” qanununa edilən dəyişikliklərin icrasını təmin etmək məqsədilə imzalanıb.

Bu Qaydalarda "subbakalavrlar” dedikdə, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq orta ixtisas təhsili pilləsi üzrə "subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər başa düşülür.

Qaydalarla müvafiq keçiddə tanış ola bilərsiniz. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?