Xəbər lenti

Ölkə 10:35 10.05.2013

Bulvarda “Avropa günü” qeyd edildi - FOTOLAR


Azərbaycan Avropa Hərəkatının təşkilatçılığı ilə 9 may 2013-cü il tarixində Dənizkənarı Milli Markda Avropa Günü qeyd edilib.

Hərəkatın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, “Avropa günü düzülüşü!” adı ilə qeyd olunan tədbirdə 100-dən çox gənc üzərilərində Azərbaycan və ingilis dillərində “İnsan haqları”, “Demokratiya”, “Mülkiyyət toxunmazlığı”, “Sekulyarizm”, “Sərbəst toplaşma azadlığı”, “Azadlıq”, “Avropa günü”, “Şəffaflıq” və digər şüarlar yazılmış rəngli plakatlar, Avropanın bayrağını əks etdirən şarlarla bayram düzülüşü ediblər.

30 dəqiqə davam edən düzülüş zamanı ətrafda olan insanlara Avropa dəyərləri haqqında məlumatlar verilib.

Tədbirə kiçik polis müdaxiləsi olsa da, uğurla baş tutub.

 Qeyd edək ki, Azərbaycan Avropa Hərəkatı artıq ikinci ildir ki, Azərbaycanda 9 may tarixində “Avropa günü”nü qeyd edir. Ötən il hərəkatın təşkil etdiyi yürüş tədbiri Avropada bu günü ən yaxşı qeyd edən tədbir seçilmişdi.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?