Xəbər lenti

Dünya 17:16 24.09.2013

Bütün ölkədə qalmaqal yaradan reklam


Facebook sosial şəbəkəsində sperma bankının reklamı qalmaqala səbəb olub.

Qaynar.info
xəbər verir ki, İsrailin "Superm" sperma bankı şirkətin Facebook sosial şəbəkəsində reklamı üçün atası tərəfindən öldürülən uşağın şəklini yerləşdirib.

İsrail mətbuatının yaydığı məlumata görə, şirkətin Facebook səhifəsində paylaşılan fotoda bir qadının başqa qadınları zalım kişilərə inanmamağa və körpə dünyaya gətirmək üçün sperma bankından istifadə etməyə çağırdığı bildirilir: "Bu, sadəcə rahatlıq deyil, həm də olum və ölüm məsələsidir".   

Atası tərəfindən öldürülən uşağın şəklinin qoyulmasından sonra baş verən qalmaqala münasibət bildirən şirkət rəhbərliyi bu fotoya belə bir reaksiya veriləcəyini gözləmirdilər. İctimai narazılıqlardan sonra foto bir neçə saat sonra səhifədən silinib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->