Xəbər lenti

Texnologiya 09:14 01.03.2018

Dünya bu çinli milyarderdən danışır

Son illər adı avtomobil dünyasının əfsanələri Karlos Gosn, Serco MarkonneDiter Letşedən daha çox çəkilən bir şəxs var. Bu, çinli Li Şufudur.
 
Çinin Henri Fordu olaraq da tanınan Li Şufu bir-birinin ardınca aldığı nəhəng avtomobil şirkətləri və imzaladığı tərəfdaşlıq müqavilələri ilə dünyaya meydan oxuyur.

Qaynarinfo-nun "Hürriyet"ə istinadən məlumatına görə, 2010-cu ildə "Volvo"nu, ardınca "Proton" və "Lotus"u alan Şufu ötən həftə də Almaniyanın "Daymler AG"ın (Mercedes) səhmlərinin 10 faizini 9 milyarda alaraq şirkətin ən böyük səhmdarlarından biri olub. Şufunun son 10 ildə yatırdığı investisiyanın ümumi dəyəri 15 milyardı keçib.

O, 2008-ci ildə verdiyi müsahibələrinin birində o zaman məqsədinin xarici şirkətlərə investisiya yatırmaq deyil, sadəcə sahibi olduğu "Geely" markasını dünyaya tanıtmaq olduğunu bildirmişdi.

Şufu, 20 yaşında olarkən ABŞ-a səyahəti zamanı gördüyü avtomobillərdən təsirlənərək avtomobil istehsalına maraq göstərdiyini söyləmişdi: "1987-ci ildə "Geely" şirkətini qurdum və 1997-ci ildə ilk avtomobil istehsalına başladıq. İllik 300 min avtomobil istehsalını önümüzdəki 7 il içərisində 2 milyona çıxartmağı hədəfləmişik. Zavodlarımızın da sayı 2012-ci ildə 6-dan 9-a çıxaracağıq. 2012-ci ildə istehsalımızın həcmi 1 milyona, 2015-ci ildə isə 2 milyona çatacaq. Buna görə qarşıdakı 7 il ərzində 15 milyard dollar investisiya qoyacağıq".

Lakin onun ən böyük xəyalı Toyota olub. O, Toyotanı özlərinə nümunə götürdüklərini xüsusilə vurğulayıb: "Toyota kimi qlobal bir marka olmaq istəyirik. Bazara yaxın yerlərdə istehsalla məşğul olub, ehtiyaclara uyğun şəkildə model və texnologiyamızı inkişaf etdirəcəyik. Ortaq platforma strategiyası ilə Toyota kimi az maliyyə ilə çoxlu model istehsal edəcəyik. Müstəqil şirkət olaraq qalıb, yolumuza davam etmək niyyətindəyik. Bir sözlə Çinin Toyotası olmaq istəyirik".

Hazırda dünyanın gözü Li Şufunun üzərindədir. Görünür ki, o, yatırdığı investisiyalarla önümüzdəki illərdə avtomobil dünyasına istiqamət verəcək şəxslərdən birinə çevriləcək. Əlindəki ən böyük silahı Çin bazarıdır. Bu bazardan istifadə edərək aldığı və ya ortaq olduğu markalarla nələr edə biləcəyi maraqla gözlənilir.
 
Çingiz

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?