Xəbər lenti

Dünya 13:27 14.02.2019

El Çapo bu kamerada saxlanılacaq: ikiqat barmaqlıq, 10 sm pəncərə...

Bu həftə hakim qarşısına çıxan məşhur cani, narkobaron Xoakin Quzmana (El Çapo) ömürlük həbs cəzası verilib və onun saxlanılacağı kameranın detalları üzə çıxıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, daha öncə bir dəfə tunel qazmaqla həbsdən qaçmağa müvəffəq olan cinayətkar Kolorado həbsxanasına göndəriləcək.

Ən yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü həbsxanada El Çaponun qaldığı kamera da xüsusi olaraq hazırlanıb. 

Belə ki, El Çapo günün 23 saatını təknəfərlik kamerada keçirəcək və ağ-qara ekran televizorda sadəcə icazə verilən proqramları izləyə biləcək. Özünə xəsarət yetirə bilməməsi üçün yatağı, masası və oturacağı betondan hazırlanıb və yerindən tərpətmək mümkün deyil. Digər bir tərəfdən isə boğulmaması üçün duşa zamanlayıcı yerləşdirilib və müəyyən bir müddətdən sonsa su, avtomatik kəsilir.

Bundan başqa barmaqlıqlar ikiqatdır. Bu, psixoloji olaraq məhkumda təcrid olunma hissini artırır. Ayna, əlüzyuyan və unitaz paslanmayan dəmirdən hazırlanıb. Kameranın pəncərəsinin eni 10 santimetrdir və həyətə baxır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?