Xəbər lenti

Video 14:08 13.12.2017

Elgizdən canlı yayımda Damlaya evliliklə bağlı təklif: İlin toyu ola bilər (VİDEO)

Aparıcı Elgiz Əkbər ARB telekanalında yayımlanan "Səhər-səhər” verilişində müğənni Damlaya evlənməsi üçün namizəd təklif edib. 

Qaynarinfo xəbər verir ki, Damla Elgiz Əkbərin təklifinə "niyə də olmasın” cavabını verib. 

Belə ki, aparıcı müğənni Elnar Xəlilovdan ailə həyatı qurması üçün namizədin olub-olmadığını soruşub. 

Müğənni "xeyir” cavabını verəndən sonra Elgiz Əkbər deyib ki, Damla ilə ailə həyatı qura bilər: "Çox gözəl cütlük ola bilərsiniz”. 

Elnar Xəlilov isə Damla ilə evlənməyə pis baxmadığını və bunun mümkün olduğunu bildirib. 

Elgiz Əkbər isə deyib ki, bu evlilik ilin toyu ola bilər. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->