Xəbər lenti

Maqazin 01:09 29.01.2015

Elnurdan daha bir qələbə - FOTO/VİDEO

Bu gün “O səs Türkiyə”nin "Çarpaz duellər" mərhələsində yarışmanın əsas favoritlərindən sayılan həmyerlimiz, müğənni Elnur Hüseynov da səhnəyə çıxıb. Axşam.az-ın xəbərinə görə, Ebru Gündeşin komandasında olan Elnur "Habanera" opera parçasını səsləndirib.

Hadisənin komandasından Sidenur və Mazhar-Özkan cütlüyünün komandasından Naciyə ilə yarışan həmyerlimiz yenə də qalib olub.

Zalın səsverməsinə görə üçlüydə ən çox səs toplayan Elnur növbəti mərhələyə keçib.

Qeyd edək ki, Türkiyənin “TV8” kanalında Acun İlıcalının aparıcılığıyla təqdim edilən proqramın münsiflər heyətində tanınmış müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan Uğur yer alıblar.


Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?