Xəbər lenti

Maqazin 20:57 08.01.2018

Elza Seyidcahandan qalmaqallı açıqlama

Əməkdar artist Elza Seyidcahan növbəti dəfə qalmaqallı açıqlama verib.
 
Lent.az-ın məlumatına görə, "Ondan sonra” verilişinə qonaq olan ifaçı bir zamanlar "Azərbaycanın səsi” yarışmasında birgə əyləşdiyi münsiflər barəsində xoş olmayan fikirlər səsləndirib:
 
"O yarışda münsif kimi əyləşən bir neçə insanı o layihəyə qədər sevirdim, amma sonra onları itirdim. Onlar özləri özlərini itirdilər. Bir insan özü özünü itirirsə, mən necə onu tapa bilərəm? Məndə hər insanla ünsiyyət alınmır. İnsanlar var ki, bir insanı ilk dəfə görəndə "sən” deyə müraciət edirlər. O yarışa qədər Namiq Qaraçuxurlu ilə salam-sağ olum var idi. Amma indi daha da doğma olmuşuq. Çünki onu necə bir insan olduğunu müsabiqə ərzində gördüm. Mən o yarışda Namiqlə bərabər Nadir Qafarzadəni, Elton Hüseynəliyevi tapdım. Amma digərlərini hər zaman yola verirdim. Sonda necə bir insan olduqlarını gördüm”.

Qeyd edək ki, "Azərbaycanın səsi” layihəsində münsiflər kürsüsündə E.Seyidcahanla bərabər xalq artisti Nisə Qasımova, bəstəkar Nailə Mirməmmədli, müğənnilər Nadir Qafarzadə, Elton Hüseynəliyev, meyxanaçı Namiq Qaraçuxurlu əyləşmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->