Xəbər lenti

Dünya 09:48 11.02.2018

Çernobıl AES-in ərazisinə daxil olmağa çalışan azərbaycanlı tutulub (FOTO)

Ukraynada Çernobıl atom elektrik stansiyasının ərazisinə daxil olmağa cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb. 

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin saytında dərc edilən məlumatda bildirilir.  

"Jitomir Sərhəd Dəstəsinin hərbçiləri polis əməkdaşları ilə birgə Azərbaycandan gəlmiş ekstremal turisti saxlayıblar. 39 yaşlı Bakı sakini Çernobıl AES-in ərazisinə qanunsuz daxil olmağa cəhd edib”, - deyə məlumatda bildirilir.

İnsidentin təfərrüatları açıqlanmır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->