Xəbər lenti

Dünya 13:36 21.05.2018

Everestə dırmaşan 2 alpinist öldü

Nepalda dünyanın ən yüksək zirvəsi hesab edilən Everestə dırmaşan 2 alpinist dünyasını dəyişib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, həlak olanlar 63 yaşlı makedoniyalı Georgi Petkov və 35 yaşlı yaponiyalı Nobukazu Kurikidir. Kuriki II kampinq bölgəsində, Petkov isə daha yüksəkdə dünyasını dəyişib. Makedoniyalı alpinistə ürək çatışmazlığı diaqnozu qoyulub, Kurikinin ölüm səbəbi isə bilinmir.

Qeyd edək ki, yapon alpinist daha əvvəl də Everestə dırmaşmağa cəhd etmiş, 2012-ci ildə atdığı bu addım barmaqlarının çoxunu itirməsi ilə nəticələnmişdi. 

8848 metr hündürlüyə sahibi Everest 1920-ci ildən bəri 200-dən çox insana məzar olub.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?