Xəbər lenti

İdman 13:43 17.07.2018

Futbolçu bütün kəndin kredit borcunu ödədi

Xorvatiya millisinin üzvü Ante Rebiç tədqirəlayiq addım atıb.

Qaynarinfo xəbər verir ki, dünya çempionatının gümüş medalını qazanan futbolçu doğulduğu Xorvatiyanın İmotski kəndinin sakinlərinin kredit borclarını ödəyib.

Bu barədə 24 yaşlı futbolçunun sabiq komanda yoldaşı Lovro Sindik məlumat veriöb. Rebiç bu addımı dünya çempionatından əvvəl atıb. Split yaxınlığındakı kənddə böyüyən futbolçu heç vaxt öz həmkəndlilərini unutmayıb və 500 nəfərin kreditini ödəyib.

Qeyd edək ki, Rebiç hazırda "Ayntraxt”ın formasını geyinir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->