Xəbər lenti

Ölkə 10:23 02.12.2013

Gəncə sakini özünü bıçaqlayıb

Gəncə şəhərində 20 yaşlı gənc özünə bıçaqla xəsarət yetirib.

APA-nın qərb bürosunun məlumatına görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Eşqin Cabbarov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təsili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən gəncin vəziyyəti kafi qiymətləndirilir. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, E. Cabbarov ailəsində anası ilə mübahisə edəndən sonra özünə bıçaqla xəsarət yetirib.

Qaynar.info


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?