Xəbər lenti

Ölkə 15:35 16.05.2013

İlqar Rzayev azadlığa çıxdı

Ötən ilin may ayında narkotik ittihamı ilə həbs edilən İlqar Rzayev bu gün saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib.

Azadliq.info-nun məlumatına görə, İ.Rzayev mayın 7-də qəbul olunan Amnistiya Aktına əsasən azad olunub.

Xatırladaq ki, İlqar Rzayev Qış bulvarı deyilən ərazidə evləri sökülən sakinlərdən biridi. O və anası Şirinbacı Rzayeva evlərinin sökülməsinə ailəliklə etdikləri etiraza, eləcə də müxalifətin kütləvi aksiyalarına qoşulduqlarına görə hakimiyyətin hədəfinə gəlib. İlqar Rzayev guya evlərində narkotik maddə tapıldığı üçün həbs edilmişdi.

Ailəsi və hüquq-müdafiəçiləri isə onun həbsini “sifariş” adlandırıb.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?