İranın Xorasan əyalətində təlim təyyarəsi qəzaya uğrayıb.
Qaynarinfo xəbər verir ki, Kaşmar şəhəri yaxınlığında baş verən qəza təyyarə göyərtəsindəki 2 nəfərin ölümü ilə nəticələnib. Həlak olanlardan biri pilot, digəri isə tələbə olub.
Qeyd edək ki, hadisə təyyarə havalanandan 2 dəqiqə sonra texniki nasazlıq səbəbilə baş verib.
Gülşən
Şərhlər