Xəbər lenti

İdman 12:25 07.09.2013

İstanbulun taleyi bu gün həll olunur

Bu gün Argentinanın paytaxtı Buenos Ayresdə 2020-ci ildə yay Olimpiya oyunlarının hansı şəhərdə keçiriləcəyinə aydınlıq gələcək.

 “Qafqazinfo” xəbər verir ki, İstanbul, Madrid və Tokionun iştirak etdiyi səsvermə bu gecə Bakı vaxtı ilə saat 01:00-da keçiriləcək.

Buna qədər saat 22:00-da səsvermənin I mərhələsi olacaq. Bu mərhələdə 3 şəhərdən ən az səs toplamış  biri məğlub olaraq mübarizəni dayandıracaq. İstanbulun 20 ildir arzusunda olduğu nəticə bu gün reallaşa bilər. Əgər İstanbul səsvermənin qalibi olsa, onda dünya Olimpiada tarixində ilk müsəlman şəhəri bu böyük idman hadisəsinə ev sahibliyi etmiş olacaq.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?